Baş nazirin bu paylaşımı səs-küyə səbəb oldu – FOTO

  • By admin
  • 27 Fevral 2024 12:26

Danimarkanın Baş naziri Mette Frederiksenin ailəsi üçün nahar hazırlayarkən çəkdiyi İnstaqram paylaşımı böyük səs-küyə səbəb olub.

Gununsesi.info xəbər verir ki, 2019-cu ildən baş nazir vəzifəsini icra edən və əvvəllər müxtəlif nazirlikləri idarə edən 46 yaşlı Frederiksenin ailəsi üçün yemək hazırlayarkən çəkdirdiyi fotodakı detal izləyicilərinin diqqətini çəkib.

Sosial şəbəkə istifadəçiləri Frederiksenin çiy toyuğu doğrayarkən ayrıca kəsmə taxtası istifadə etməməsinə çox sərt reaksiya veriblər. Sosial şəbəkə istifadəçiləri fotoda Frederiksenin soğanla birlikdə eyni taxtada çiy toyuğu da doğradığına diqqət çəkiblər.

Bəzi sosial şəbəkə istifadəçiləri “Zarafat edirsən?”, “Tərəvəzlə çiy toyuğu eyni taxtada doğramaq olmaz, ciddisən?” yazıb. Frederiksen şərhlərində onu tənqid edənlərə də cavab verməli olub.

İnstaqramın “hekayələr” bölməsində paylaşım edən Frederiksen yeməklərin hazırlanması prosesini izah edib.

“Təbii ki, qazandakı soğan və toyuq kifayət qədər qızardırılmalıdır. Yeri gəlmişkən, prosedurlardan sonra həm kəsmə taxtası, həm də bıçaq yuyulub”, – Frederiksen yazıb. Frederiksen bu mesajın sonunda göz qırpan emoji əlavə edib.

Qeyd edək ki, toyuq düzgün bişirilməyibsə və tədbir görülməsə, kampilobakter infeksiyasına yoluxma riski var. Bu xəstəlik ürəkbulanma və ishal kimi əlamətlər göstərir.

Gununsesi.info