Baş nazirin həyat yoldaşına korrupsiya ittihamı

  • By admin
  • 06 İyun 2024 09:37

İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqona Qomez “korrupsiya” ittihamı ilə ifadə verməyə çağırılıb.

 

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Madrid Prokurorluğu dəlil çatışmazlığı səbəbindən işə xitam verilməsi üçün müraciət edib, lakin bu vəsatət hakim  tərəfindən rədd edilib.

Madrid İstintaq Məhkəməsi korrupsiya iddialarına görə İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqona Qomesi iyulun 5-də ifadə verməyə çağırıb.

Məhkəmə bildirib ki, bu tələb Qomezin əri Sançesin mövqeyindən biznes sövdələşmələrinə təsir etmək üçün istifadə edib-etməməsi ilə bağlı ilkin araşdırma çərçivəsində edilib.

Baş nazir Sançez həyat yoldaşı Beqona Qomezin “iş dünyasına təsir etdiyi və korrupsiyaya qarışdığı” iddialarına görə istefa verib-verməyəcəyini düşünmək üçün 5 günlük fasilədən sonra vəzifəsində qalmağa qərar verdiyini açıqlayıb.

İstintaqın əsassız olduğunu deyən Sançes sağ və ifrat sağçı müxalifət partiyalarına reaksiya verib və bunun “diskreditasiya kampaniyası” olduğunu iddia edib.

Bundan əlavə, Sançes sağçı müxalifətin ona mane olmaq üçün əlindən gələni etdiyini söylədi.

Mən sizə demək istəyirəm ki, hökumətə rəhbərlik etməyə davam etmək qərarım həmişəkindən daha güclüdür” deyə  Sançes əlavə edi.

 

Afət Abbasova

Gununsesi.info