Baş nazirin köməkçisi:“Qərb dünyası XX əsrin faciəsi olan Xocalı Soyqırımı görməməzlikdən gəlir”

  • By admin
  • 24 Fevral 2017 14:20

basnazir
“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş mətbuata mətbuata açıqlamasında belə deyib.

Belə ki, N. Kurtulmuş 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı Soyqırımı bütövlükdə dünya ictimaiyyəti üçün ciddi mesaj olduğunu bildirib: “Bizlər bunu unutmadı və əsla da unutturmayacağız! Hər fürsətdə “Erməni soyqırımı” iddiasını təbliğatını davam etdirən Qərb dünyası XX əsrin faciəsi olan Xocalı Soyqırımı görməməzlikdən gəlir”-, deyə o əlavə edib.

N. Kurtulmuş qeyd edib ki, beynəlxalq ictimaiyyət Xocalıda insanlıq əleyhinə törədilmiş cinayətə hadisəsin seyirci qalmamalıdır: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından ordusunu çıxarmalıdır. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Azərbaycanlı qardaşlarımızın kədəri bizim kədərimizdir. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirəm”.

Anar
Gununsesi.info