
Haitinin baş nazirin Jak Qi Lafontanın korteji iki yeniyetməni vurub.
Gununsesi.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, qəzaya düşən yeniyetmələrdən biri biri xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Hadisə ölkənin cənub-qərbində Le-Kе şəhərində baş verib. Məlumata görə, qəza yeniyetmələr motosikletlə hərəkət edərkən baş verib. Yaralı gənci vertolyotla ölkənin paytaxtı Port-o-prensə gətirilib.
Kortej hadisədən sonra hərəkətini dayandırmayıb. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar etiraz olaraq avtomobil şinləri yandırmağa başlayıblar.
Gununsesi.info