
MİT-də ciddi islahatlara başlanacaq. Gununsesi.info xəbər verir ki, bunu NTV-yə açıqlamasında Türkiyə Baş nazirin müavini Nurəddin Canikli deyib.
Onun sözlərinə görə, ölkənin təhlükəsizlik orqanında ciddi bir zəifliyin olduğu ortadadır. “Artıq bunu ölkə başçısı da dilə gətirib.Bu sadəcə MİT üçün deyil, digərlərinə də aiddir. Bu sahədə ciddi və köklü reformalara ehtiyac var və bu islahatlar həyata keçiriləcək”, – deyə baş naziri müavini vurğulayıb.
Baş nazirin müavini onu da əlavə edib ki, hazırdı təhlükəsizliklə bağlı sahənin zəif cəhətlərini öyrənməklə məşğuluq: “İndi biz ortaya çıxan hadisənin pərdə arxasında baş verənləri öyrənməyə çalışırıq. Artıq cəmiyyətdə də bununla bağlı ciddi müzakirələr gedir. Bundan əlavə olaraq Türk Silahlı Qüvvələrdə də təhsil planları da cəmiyyətin dartışdığı bir məsələdir. Odur ki, təhsil məsələsinə bir daha yenidən baxılması gərəkdir. Bu məsələlər Türkiyəyə və Konstitutsiyaya uyğun həll edilməlidir. Hərbi təhsil ocaqlarında təhsillə bağlı bir sıra dəyişikliklərin edilməsi tələbi var”.
Gununsesi.info