Baş nazirin müavini: “Türkiyədə 27 715 müəllimin işinə son verilib”

  • By admin
  • 19 Sentyabr 2016 19:59

b0b1e18c-e5ee-4dec-8987-98dd49b56f4d_292

 

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib.

Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, FETÖ ilə əlaqədə şübhəli sayılan 9 464 müəllim vəzifəsindən kənarlaşdırılıb, 455 müəllim isə araşdırmalardan sonra işinə bərpa edilib.

 

Gununsesi.info