Baş nazirin müavini yanğın yerində - FOTOLAR

  • By admin
  • 07 İyun 2017 15:46

hasanov_gorush_070617__(1)

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda yanğın baş verən yataqxanaya baş çəkib.

Gununsesi.info xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar olaraq əraziyə gedən Ə.Həsənov məcburi köçkünlərlə görüşüb.

Ə. Həsənov hazırda FHN əməkdaşları tərəfindən neçə mənzilə ziyan dəydiyinin araşdırıldığını bildirib.

Qeyd edək ki, bu gün Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub. İlkin məlumata görə, yanğın zamanı 9 mənzil qismən, 1 mənzil isə tamamilə yanıb.

hasanov_gorush_070617__(6) hasanov_gorush_070617__(5) hasanov_gorush_070617__(4) hasanov_gorush_070617__(3) hasanov_gorush_070617__(2)

Gununsesi.info