Baş nazirin müavininin şirkəti işçilərin maaşını vermir - SƏBƏB

  • By admin
  • 26 May 2017 14:54

Без названия

“Avrasiya tikinti korporasiyası EVRACON” ASC beşinci aydır, işçilərə əmək haqqı vermir.

Gununsesi.info Azadlıq.info-ya istinadən məlumat verir ki, səbəb vəsaitin olmamasıdır, deyə şirkətin Müşahidə Şurasının üzvü Namik Kərimli bildirib.

“Maaşlar gecikmə ilə verilir. Bu, Azərbaycandakı və xaricdəki layihələrə aiddir”, deyə EVRACON təmsilçisi qeyd edib.

KİV-də yayılan məlumata görə, Ələt-Astara yolunun tikintisi layihəsində iştirak edən işçilər maaşların verilməməsi ilə bağlı xəbərdarlıq tətili keçirib. N.Kərimli deyib ki, bu barədə məlumatı yoxdur.

EVRACON ASC-də 3 minə qədər işçi çalışır. Mühəndis-texniki tərkib nəzərə alınmadan orta aylıq maaş 700 manata yaxındır.

Gununsesi.info