Baş nazirin müavinləri Şəhidlər xiyabanında - FOTO

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Baş nazirin müavinləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Gununsesi.info  xəbər verir ki, baş nazirin müavinləri Yaqub Eyyubov, Şahin Mustafayev və Samir Şərifov Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.