Baş Nazirin olduğu təyyarə təcili eniş etdi

Pakistan Baş Naziri İmran Hanı dayışan təyyarə ABŞ-ın Nyu-York şəhərində məcburi eniş edib.

Gununsesi.org-un xəbərinə görə, nazirlə heyət üzvləri Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda iştirak etdikdən sonra ABŞ-dan ayrılıb. Lakin onları aparan təyyarə səmaya qalxdıqdan sonra Kanadanın Toronto şəhərində texniki nasazlıqla üzləşib. Bu səbəbdən o, yenidən Nyu-Yorka təcili eniş edib.

Qeyd olunur ki, Pakistan heyəti bu gün ABŞ-da qalıb, sabah öz ölkələrinə qayıdacaq.

Gununsesi.org