Baş nazirin xanımı tanınmış müğənnini əfv etdi

  • By admin
  • 14 Avqust 2016 12:53

semiha

Baş nazirin həyat yoldaşı tanınmış müğənnini əfv etdi.

Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yldırımın həyat yoldaşı Semiha yıldırım müğənni Semiha Yankıya qarşı başlatdığı məhkəmə davasını geri çəkib. Semiha Yıldırım müğənni Semiha Yankını bağışladığını bəyan edib.

Qeyd edək ki, müğənni Semiha Yankı “Bismillahirrahmanirrahim…İyi geceler” notuyla Baş nazir Binalı Yıldırımın həyat yoldaşı Semiha Yıldırımın fotoqrafını paylaşmışdı. Semiha Yankının bu paylaşması sosial mediada ciddi rezonansa səbəb oldu və qınaq obyektinə çevrildi. Bundan sonra S.Yıldırm S.Yankınının bu hərəkətini ona qarşı aşağılayıcı hərəkət hesab edərək prokurorluğa müraciət edib. İndi isə artıq cəmiyyətdə bir barışıq mesajı kimi verdiyi iddianı geri götürmək qərarına gəlib.

Gununsesi.info