Baş nazirin zirehli mikroavtobusu satışa çıxarıldı

  • By admin
  • 31 Yanvar 2018 11:48

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin Şimali İrlandiyaya səfəri zamanı istifadə etdiyi zirehli mikroavtobus satışa çıxarılıb.

Gununsesi.info “The Sun”a istinadən xəbər verir ki, zirehli mikroavtobusun sahibi bu avtobusa görə 25 min funt sterlinq istəyir. Avtobusun ilkin qiyməti 5 milyon funt olub.

Zirehli avtobusun çəkisi 17,5 tondur və 36 sərnişin üçün nəzərdə tutulub. Avtobus 7,62 mm kalibr gülləni saxlamaq qabliyyətinə malikdir. Zirehli avtobus eyni zamanda, kimyəvi və bioloji hücumlardan müdafiə olunmaq üçün xüsusi filtirlərlə təmin olunub.

Gununsesi.info