Baş Nazirinin ailəsinin 21 mindən çox borcu var

  • By admin
  • 06 Sentyabr 2019 09:08

Ukraynanın Baş Naziri Aleksey Qonçarukun ailəsinin kommunal xidmətlərə görə 21 min qrivendən çox (1413.26 AZN) borcu var. Gununsesi.org-un məlumatına görə, bu barədə Ukrayna KİV yazıb.  

Çerniqovun kommunal müəssisələrinin həm Qonçaruka, həm də onun doğmalarına qarşı bir neçə dəfə məhkəməyə müraciət etdiyi bildirilir.  

Baş Nazirin və ya onun ailəsinin borcları ödəyib-ödəmədiyi isə hələ məlum deyil.

Gununsesi.org