Baş Prokurluqdan Əli Abbasov açıqlaması: "DƏYMİŞ ZİYANI ÖDƏSƏYDİ İNDİ MƏHKƏMƏ QARŞISINDA OLARDI"

  • By admin
  • 16 Yanvar 2017 12:18

eliabb

 

“Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə bağlı bir iş məhkəməyə göndərilib, 11 nəfərlə bağlı iş isə ayrıca icraata götürülüb.
Qeyd edək ki, Əli Abbasovun 6,8 milyon manatı dəymiş ziyan kimi ödəməsi barədə məhkəmədə vəkillər vəsatət verib.

Gununsesi.info