Baş prokuror Gəncənin raketlə vurulan ərazisinə baş çəkib

  • By admin
  • 12 Oktyabr 2022 09:38

Baş prokuror Kamran Əliyev Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib.

Gununsesi.info bildirir ki, “report”un Qərb bürosunun məlumatına görə, baş prokuror Kamran Əliyev Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə gedib.

Orada şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstəsi qoyub.

Qeyd edək ki, Kamran Əliyev bu gün Gəncə şəhər və Kəlbəcər, Samux, Göygöl rayon üzrə vətəndaşları qəbul edəcək.

Gununsesi.info