Baş prokuror: “İki nəfər prokurorluq orqanlarından xaric edilib”

“2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib”.

Gununsesi.info-nun məlumatına görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, onlardan yeddi nəfər vəzifədən azad olunub:

“İki nəfər prokurorluq orqanlarından xaric edilib”.

K.Əliyev əlavə edib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.

 

 

Gununsesi.info