Baş prokuror Kamran Əliyev Yardım rayonunda sərhgəddə silahlı insident zamanı Dövlət Sərhəd Xidmətinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı tapşırıq verib.
Gununsesi.info-nun məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbər Günay Səlimzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, DSX əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Gununsesi.info