Baş prokuror “Tərtər işi”nin istintaqını xüsusi nəzarətə götürüb - RƏSMİ

  • By admin
  • 18 Dekabr 2021 12:35

“Tərtər işi” Baş Prokurorluğun icraatına qəbul edilməklə cinayət işlərinin ibtidai istintaqı Azərbaycanın Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir.

HTML tutorial

Bildirilib ki, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.

Gununsesi.info