Baş Prokurorluğun Elm-Tədris Mərkəzində hərbi qulluqçular üçün təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən aprelin 6 və 7-də hərbi qulluqçular üçün “Korrupsiyaya qarşı mübarizə sahəsində milli mübarizə strategiyası” mövzusunda onlayn formada təlim keçirilib.

Gununsesi.info xəbər verir ki, təlimə dinləyici qismində hərbi prokurorluqlarda xidmət edən hərbi qulluqçular cəlb edilib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Respublika Hərbi Prokurorluğu və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının təlimçi kimi iştirak etdiyi tədbirdə dinləyicilərə “Heydər Əliyev və ordu quruculuğu”, “Korrupsiyaya qarşı mübarizə sahəsində milli mübarizə strategiyası: Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının məqsədləri və hədəfləri”, “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” və digər mövzular üzrə mühazirələr deyilmiş, iştirakçıları maraqlandırılan suallar cavablandırmaqla müzakirələr aparılmışdır.

 

Gununsesi.info