Baş Prokurorluq: “Adil Məmmədov əmək intizamını kobud şəkildə pozduğuna görə azad edilib”

  • By admin
  • 14 Sentyabr 2016 17:16

eldar_sultanov_280214

“Qubadlı rayon prokurorunun sabiq köməkçisi Adil Məmmədovun prokurorluq orqanlarından xaric edilmiş Rüfət Səfərovla guya yaxın münasibətlərdə olduğuna görə prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı KİV-də yayılan informasiyalar həqiqəti əks etdirmir”.

HTML tutorial

Bu haqda Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Gununsesi.info-nun Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədovun hazırda həbsdə olan Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun istefasından sonra davamlı olaraq, onunla əlaqəsinə görə prokurorluq sıralarından azad edilməsiylə bağlı sorğusuna cavab olaraq bildirib.

E.Sultanov isə bildirib ki,  A.Məmmədov əmək intizamını kobud şəkildə pozduğuna görə, Baş Prokuroluq üzrə müvafiq əmrlə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, Azərbaycanda insan hüquqları sahəsində ədalətsizliyə etiraz edərək, könüllü prokurorluq orqanlarından istefa verən Zərdab  rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla isti münasibətinə görə Qubadlı rayon prokurorunun sabiq köməkçisi Adil Məmmədovunprokurorluq orqanlarından xaric edilməsiylə bağlı informaiyalar yayılıb.

Gununsesi.info-nun xəbərinə görə, Rüfət Səfərovla yaxın münasibətləri olan Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov sabiq müstəntiqin istefasından sonra davamlı olaraq, onunla telefon əlaqəsi yaradıb və bir neçə dəfə görüşləri olub.

Bu yaxınlığının güdazına gedən  Adil Məmmədov  “15 dəqiqə işə gecikməsi” səbəbiylə prokurorluq orqanlarından xaric edilib. Bu yaxınlarda isə müxtəlif yollarla Amerikaya yollanan sabiq prokuror Rüfət Səfərovla yaxınlığını sübut edən yazışmaları, birgə fotolarından istifadə edərək, Kaliforniyada oturum ala bilib.

Gülnaz Qənbərli

Gununsesi.info