Baş Prokurorluq: “ANS telekanalına qarşı cinayət işi açılmayıb”

  • By admin
  • 19 İyul 2016 15:32

ans

 

Dünən axşam ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun tələbi üzrə telekanalın yayımını dayandırmış Milli Teleradio Şurasının irəli sürdüyü ittihamlarla bağlı ifadə veriblər. Gununsesi.info xəbər verir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən deyilib ki, ANS telekanalına qarşı cinayət işi açılmayıb və ilkin araşdırma aparılır. Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da bildirib ki, ən yaxın zamanda Baş Prokurorluq ANS-in işi üzrə rəsmi məlumatla çıxış edəcək. Lakin bu dəqiqələrə kimi telekanalın redaksiyası möhürlüdür və əməkdaşlar ANS-in binasına daxil ola bilmirlər.

Qeyd edək ki, ANS-in ofisi Baş Prokurorluq tərəfindən deyil, DİN Səbail Rayon Polis İdarəsi tərəfindən möhürlənib.

Gülnaz Qənbərli