Baş Prokurorluq “Tərtər İşi”nə görə daha 18 nəfərə bəraət verdi -SİYAHI

  • By admin
  • 05 Oktyabr 2022 21:24

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ali Məhkəmənin Plenumu “Tərtər İşi” çərçivəsində həbs olunmuş, işgəncələr görmüş bir qrup şəxslə bağlı hökmləri ləğv esərək, yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.

Gununsesi.info bildirir ki, bu arada isə Baş Prokurorluq “Tərtər işi” üzrə təzələnmiş istintaq çərçivəsində bu şəxslərin işlərini araşdırmış və onlar barəsində cinayət işlərinə  bəraətverici əsaslarla xitam verib.

Bəraət alan hərbçilərin adlarını təqdim edirik:

Polkovnik-leytenant Hidayətov Seymur
Polkovnik-leytenant Mustafayev Ramin
Mayor Xamıyev Elşən
Mayor Ağayev Cavid
Kapitan Allahverdiyev Elmar
Kapitan Xəlilov Elvin
Kapitan Qurbanov Ziya
Kapitan Quliyev Səddam
Kapitan Məmmədov Bəşir
Baş leytenant Rəfiyev Elvin
Baş leytenant Əliyev Sabir
Baş leytenant Əsədov Yusif
Leytenant Mancanov Əsəd
Gizir Kərimov Turab
MAXE Səfərov Zamiq
MAXE Teymurov Rəcəb
MAXE Novruzov Bəhruz
MAXE Məmmədov Eyyub

Xatırladaq ki, adıçəkilən hərbi qulluqçular “Tərtər işi” çərçivəsində ağır işgəncələrə məruz qalmış, tam əsassız dövlətə xəyanət ittihamı ilə üzləşmiş (bəzilərinə rəsmən ittiham elan edilmiş, bəziləri qeyri-rəsmi ittiham olunmuş), xəyanət ittihamına xitam verilsə də digər maddələrlə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdular.
Baş Prokurorluq “Tərtər işi” üzrə təzələnmiş istintaq çərçivəsində bu şəxslərin işlərini araşdırmış və onlar barəsində cinayət işlərinə haqlı olaraq bəraətverici əsaslarla xitam vermişdir.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Gununsesi.info-ya açıqlamasında bu qərarı alqışladıqlarını deyib:

“Biz hüquq müdafiə təşkilatı olaraq bu addımı yüksək qiymətləndiririk. Eyni zamanda bildiririk ki, Azərbaycan hərbi qulluqçularına qarşı edilmiş qanunsuz əməllər tam və hərtərəfli araşdırılmalı, bütün təqsirkar şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlidir. Hazırda işləri Baş prokurorluğun ərizəsi əsasında Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinə qaytarılmış 18 nəfər hərbi qulluqçudan başqa daha 13 hərbi qulluqçunun işinin yenidən araşdırılması zəruridir. Biz bu istiqamətdə hüquq müdafiə fəaliyyətimizi ciddi və məsuliyyətli şəkildə davam etdirəcəyik”.

Gununsesi.info