Xəbər verdiyimiz kimi, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb olunub.
Baş Prokurorluqdan Gununsesi.info-nun sorğusuna cavab olaraq, Fərid Usubovun həbsi barədə xəbərimiz təsdiqlənib.
“Cinayət işinin istintaqı çərçivəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir” deyə prokurorluq sorğumuza cavabında bildirib.
Xatırladaq ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.
Afət Abbasova













