Baş Prokurorluq “Kanal 13”-ün rəhbərinə xəbərdarlıq edib

Baş Prokurorluq ölkənin tanınmış internet TV-lərindən biri olan “Kanal 13”ün rəhbəri Əziz Oruciva xəvbərdarlıq edib. Gununsesi.info-nun xəbərinə görə, bu barədə Prokurorluğun açıqlamasında deyilir:

“Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq “Kanal 13” adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub. Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb”. Əziz Orucovun özü isə Gununsesi.info-ya açıqlamasınsa deyib ki, həmin məlumatlar ictimaiyyəti obyektiv məlumatlandırmaq məqsədi daşıyıb.

Gununsesi.info