Baş Prokurorluq korrupsionerlərə 41 milyonu geri ödətdirib

  • By admin
  • 10 Avqust 2021 11:57

Bu ilin birinci yarım ili ərzində prokurorluq orqanlarında istintaqı tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat ziyanın ödənilməsi təmin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Amma qurum həmin cinayət işlərinin detalları və təqsirləndirilən şəxslərlə bağlı məlumatları açıqlamayıb.

Bu günlər bir sıra təqsirləndirilən məmurların istintaq gedişində dövlətə vurulan ziyan əvəzi kimi yüksək məbləğlər ödəmələri haqqında məlumatlar sosial şəbəkələrdə də qızğın müzakirə edilir.

Gununsesi.info