Baş Prokurorluq müstəntiqləri İrana göndərməlidir - HÜQUQŞÜNAS

  • By admin
  • 27 Yanvar 2023 15:23

“Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı hərtərəfli araşdırılmalıdır. Belə araşdırmada ən maraqlı tərəf İran dövlətidir. Hadisə Azərbaycan ərazisində (səfirlik Azərbaycan ərazisidir) baş verdiyi üçün Azərbaycan Baş prokurorluğu istintaqın aparılması üçün ən yaxşı müstəntiqlərini İrana göndərməlidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Fuad Ağayev deyib.

O, bildirib ki, terrorçunun zərərsizləşdirilməsi çox yaxşı haldır: “Çünki o öldürülsə idi, araşdırma dəfələrlə çətinləşəcəkdi.
İran tərəfinin məişət-ailə versiyasını bu sürətlə səsləndirməsi inandırıcı deyil və şübhəli məqamdır.

Əlbəttə regionda vəziyyətin gərginləşməsində maraqlı dövlətlər mövcuddur: Ermənistan, Rusiya.

Araşdırma zamanı bütün mümkün versiyalar yoxlanılmalıdır”.

Mətləb
Gununsesi.info