Baş prokurorluq tərəfindən verilən protestlər SAYI

2021-ci ildə Baş Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib. Onlardan 545-i (49,9%) təmin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclasında bildirib.

HTML tutorial

Baş prokurorun sözlərinə görə, həmçinin, 521 iş üzrə 605 şəxs barəsində kassasiya protestləri verilib.

K.Əliyev həmçinin, qeyd edib ki, 2021-ci ildə Baş Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib:

“Onlardan 545-i (49,9%) təmin edilib, 548-i (50,1%) rədd edilib. Həmçinin, 521 iş üzrə 605 şəxs barəsində kassasiya protestləri verilib”.

Gununsesi.info