Baş Prokurorluqdan Əfqan Muxtarlı açıqlaması

  • By admin
  • 31 May 2017 11:48
2F5ECE3F-A9AA-4864-920F-3A781B2F1041_cx0_cy7_cw0_w1023_r1_s
Mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra Əfqan Muxtarlı saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanovun sözlərinə görə, Balakən rayonu ərazisində saxlanılarkən Ə.Muxtarlı sərhədçilərə müqavimət göstərib. Axtarış zamanı onun üzərindən xarici valyuta ilə iri məbləğdə pul tapılıb.
Qeyd edək ki, yaxınları hələ bir neçə gün öncə Əfqan Muxtarlının yaşadığı Tbilisidə yoxa çıxması barədə sosial şəbəkələrdə məlumat yaymışdı.
Gununsesi.info