Baş Prokurorluqdan qızına 400 minlik toy edən məmurla bağlı AÇIQLAMA

  • By admin
  • 04 May 2017 18:20

qudret_400min

Bakı Lift-Təmir İstehsalat Birliyində Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində yoxlamalar aparılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Bir müddət öncə qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə böyük rezonans doğurub. Bundan sonra Bakı Lift-Təmir İstehsalat Birliyində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlamalar aparılması bildirilib. Bu gün hətda Qüdrət Şükürovun həbs olunması haqqında məlumatlar da gündəmə gəlib.

Gununsesi.info