Baş Prokurorluqdan Siyavuş Novruzovun iddiasına reaksiya: "Sabiq nazirlərlə bağlı araşdırma aparılmır"

  • By admin
  • 10 Sentyabr 2019 15:52

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmişdə uzun müddət nazir vəzifəsində çalışanları tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələrini bildirməsi ilə bağlı müxtəlif fikirlər yayılıb.

Bəziləri Siyavuş Novruzovun bu açıqlaması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.

Gununsesi.org xəbər verir ki, Baş Prokurorluq tərəfindən deputatın səsləndirdiyi fikirlərlə bağlı araşdırmaların aparılıb-aparılmadığını dəqiqləşdirmək üçün “Trend” qurumun Mətbuat xidməti ilə əlaqə saxlayıb.

Baş Prokurorluğun rəsmisi Eldar Sultanov bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar Baş Prokurorluqda hər hansı araşdırmalar aparılmır.