Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək.
Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, nazirin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Qeyd edək ki, tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.
Anar
Gununsesi.info