Baş Qərargah rəisi ordu modelindən danışdı

“Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır”.

Gununsesi.info xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust – Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.

HTML tutorial

“Ölkələrimiz arasındakı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlikdə regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir”, – Baş Qərargah rəisi vurğulayıb.

Gununsesi.info