
“Azərbaycanlı-türk müqayisəsi ilə bağlı daha bir deputatın fərziyyələrini oxudum. Və bu qənaətə gəldim ki, bu ölkədə sonuncu SOVET ADAMI qalanadək belə müqayisələr davam edəcək”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış jurnalist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli öz “Facebook” statusunda yazıb.
“Sovet adamı” ifadəsini SSRİ dönəmində doğulan və yaşayan bütün insanlara şamil etmirəm.
Sovet adamı beyninin ən son hüceyrəsinədək assimilyasiyaya uğramış xüsusi insan tipidir.
Belələrinə SOVETANTROP da demək olar…”-deyə, o, sonra yazıb.
Gununsesi.info