Baş redaktorun mənzilindəki qarət DİN-nin nəzarətində - YASAMAL POLİSİ ARAŞDIRIR

  • By admin
  • 06 Noyabr 2018 10:11

Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimlinin mənzilində oğurluq olması faktı ilə bağlı məlumat vermişdik. Baş redaktor özünün sosial şəbəkədəki hesabında bildirib ki, bu cinayətin üstünün açılması üçün artıq polis orqanları ciddi tədbirlərə başlayıb: ”

“Mənzilimdəki qarətlə bağlı Yasamal Rayonu Polis İdarəsinin 29-cu polis bölməsində əməliyyat -istintaq tədbirləri başlayıb. Bu cinayət faktı Daxili İşlər Naziriyi rəhbərliyinin nəzarətindədir. Belə ki, hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyindən ayrıca qrup polis bölməsində olub”.

Pərviz Həşimli onu da əlavə edib ki, DİN_dən gələn qrup üzvləri onunla və bölmə rəisi ilə söhbətdən sonra mənziliə baxış keçirib: “Müəyyən izlər götürülüb. Cinayətkarların tapılacağına ümid edirəm”.