
Şirvan şəhər sakini 1969-cu il təvəllüdlü Həsənov Həsənağa Əvəz oğlunun meyiti Baş Şirvan kollektorunun sahilində tapılıb.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Meyit ekspertiza üçün Şirvan şəhər morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info