Baş verən iğtişaşlar nəticəsində daha 116 nəfər xəsarət aldı, ÖLƏNLƏRİN SAYI 40 NƏFƏRƏ ÇATDI - VENESUELADA

  • By admin
  • 09 May 2017 07:46

Demonstrators set a tree trunk alight at a barricade during clashes with police while rallying against Venezuela's President Nicolas Maduro in Caracas, Venezuela, April 20, 2017. REUTERS/Marco Bello

Venesuelanın paytaxtı Karakas şəhərində növbəti etiraz aksiyası iğtişaşlarla nəticələnib.

Gununsesi.info-nun “Nacional” nəşrinə  istinadən verdiyi məlumata görə,  mayın 8-də baş verən toqquşmalarda 116 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məlumata görə, etirazçıları dağıtmaq üçün milli qvardiyaçılar gözyaşardıcı qazdan istifadə ediblər.

Son ay ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 700-dən çox insan yaralanıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.

Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib

Gununsesi.info