“Baş verən bütün hadisələrin günahı ermənilər və qanunsuz erməni dəstələridir” -DEPUTAT

  • By admin
  • 04 Avqust 2022 14:02

“3 avqust tarixində baş verən bütün hadisələrin günahı ermənilər və qanunsuz erməni dəstələridir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan üçtərəfli bəyannamənin bütün şərtlərinə əməl edib və səbrlə proseslərin irəliləməsini gözləyib:

“Çox təəssüflər olsun ki, bu gün biz qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyinin şahidi oluruq. Bununla yanaşı onlar əksinə təxribat törətməklə vaxtı uzadaraq prosesi öz xeyirlərinə dəyişmək niyyətini ortaya qoyurlar. Yalançı vədlər və sözlər artıq bizim üçün keçərli deyil. Biz artıq qarşı tərəfdən bir addım gözləyirik. Qanunsuz silahlı erməni dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını istəyirik.

Ermənistan quldur dəstələri bir daha təxribat törədəcəyi təqdirdə biz dəmir yumruğumuzu yenidən işə salacağıq. Dünən bütün dünya gördü ki, biz şəhidimizin qisasını aldıq. Ermənistan tərəfi tezliklə bu torpaqları tərk etməli və Zəngəzur dəhlizinin işə düşməsi üçün öz öhdəliklərini yerinə yetirsinlər. Əks təqdirdə Ermənistanın vəziyyəti daha gərgin olacaq. Ümumilikdə növbəti zərbələr Ermənistanı rəzil durumuna salacaq. Ermənistan elə vəziyyətə düşə bilər ki, onu artıq heç kim müdafiə etməz və ona dəstək verməz. Faktiki olaraq Ermənistan regionda lazımsız və ağır yükə çevrilməkdədir. Bu baxımdan Ermənistan ən qısa zamanda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Azərbaycan torpaqlarını tərk etməli və Azərbaycan ilə sülh məsələsini həll etməlidir”.

Gununsesi.info