İranda başı açıq şəkildə foto paylaşan qadın 74 dəfə qamçılanıb.
Gununsesi.info-nun xarici mediaya istinadən məlumatına görə, qadına cərimə də kəsilib.
Məlumata görə, ötən may ayında İranda Röya Həşməti adlı qadın paytaxt Tehranın küçələrində başı və qolları açıq, dizə qədər ətəyində gəzərkən çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb.
Heşmətiyə qarşı “ictimai əxlaqı pozmaq” və “xaricdəki qruplardan pul almaq” ittihamları ilə iddia qaldırılıb. O, ümumilikdə 9 il həbs, 11 milyon 250 min tümən (təxminən 8 min TL) cərimə və 148 şallaq cəzasına məhkum edilib.
Vəkilinin etirazı ilə cəza 1 milyon 250 min tümən və 74 şallaq zərbəsi ilə əvəzlənib. Gənc qadının cəzası ötən həftənin çərşənbə günü icra edilib.
Gununsesi.info