Başı kəsilmiş 5 nəfərin meyiti tapıldı - MEKSİKADA

  • By admin
  • 27 May 2017 09:15

mexiko-3

Meksikanın Verakrus ştatında başı kəsilmiş 5 nəfərin meyiti tapılıb.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlər Rodriqes-Klara və Nopaltepek yaşayış məntəqələri arasındakı yolda aşkarlanıb.

İlkin ehtimala görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub. Verakrus ştatında bir-biri ilə mübarizə aparan, ABŞ-a narkotiklərin tədarükü ilə məşğul olan iki narkokartel fəaliyyət göstərir.

Qeyd edək ki, bu ilin yanvarında Meksikanın Mansanilyo şəhərində (Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb.

Gununsesi.info