Başında 10 santımetrlik “şeytan buynuzu” çıxdı - QORXUNC HADİSƏ

  • By admin
  • 19 Sentyabr 2019 19:31
Hindistanda 74 yaşlı bir adamın başının ortasından 10 santımetrlik bir “şeytan buynuzu” çıxarılıb. 
 
Gununsesi.org  xəbər verir ki, Paradeş əyalətinin Saqar bölgəsində yaşayan Şam Lal Yadav adlı fermer 2014-cü ildə başını bir yerə vurub. Bundan sonra başında yumru bir şey əmələ gəldiyini görən fermer çarəni bərbərlərdə axtarıb.
Bir müddət sonra başındakının böyüyərək sərtləşdiyini görən adam xəstəxanaya gedib. Fermeri müayinə edən həkimlər əmələ gələn şeyin bədxassəli olmasına baxmayaraq, zərərli bir şey olmadığını deyib.
Əməliyyatdan sonra “şeytan buynuzu” adlanan şişi çıxaran həkimlər xəstəliyin şüa və ya kimyaterapiya ilə müalicə edilə biləcəyini bildirib.
Gununsesi.org