
Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Gununsesi.info xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları bu gün final seriyasının 6-ci oyununda üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma “bayquşlar”ın 83:78 hesablı qələbəsi ilə yekunlaşıb. Final seriyasında hesabı 4:2 edən “Sabah” komandası Azərbaycan çempionu olub.