Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində PKK-nın 2 yüksək rütbətli üzvü məhv edilib.
Axar.az xəbər verir ki, “Baver”və “Firaz” kod adlı terrorçuların müxtəlif vaxtlarda qanlı təxribatlarda iştirak etdiyi öyrənilib.
Ağrı valisi Musanın İşının sözlərinə görə isə, sözügedən PKK-çıların öldürülməsi şəbəkə daxilində çöküşə səbəb olacaq.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi həmin terrorçuların başlarına 300 min türk lirəsi mükafat təyin etmişdi.
Gununsesi.info