“Başqa ölkələrin bizə diktə etməsi xoşumuza gəlmir” - RƏSMİ MOSKVA

  • By admin
  • 11 Sentyabr 2020 15:32

“Aleksey Navalnı məsələsinin necə araşdırılması barədə kənardan göstərişlərin verilməsi Rusiyanın xoşuna gəlmir”.

Gununsesi.info-nun “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov xaricdən gələn tələblərlə bağlı açıqlamasında bildirib.

“Başqa ölkələrin bizə hansı qanuni prosedurları, hansı nöqtədə və nəyə əsaslanaraq başlayacağımızı diktə etməsi bizim xoşumuza gəlmir”,- deyə Peskov qeyd edib.

Bununla yanaşı, Peskov Rusiya hüquq-mühafizə orqanlarının Navalnının zəhərlənməsi ilə bağlı Almaniyaya növbəti sorğunu göndərəcəyini də istisna etməyib.

Qeyd edək ki, daha əvvəl rus müstəntiqlərinin Almaniyanın səlahiyyətli orqanlarına hüquqi yardım üçün sorğu göndərməyə hazırlaşdığı açıqlanmışdı.

 

 

Gununsesi.info