
Hadisə ABŞ-da “Seattle-San Jose” təyyarəsində baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da uçuşa hazırlaşan təyyarənin sərnişini ön oturacaqda əyləşən şəxsin telefonundakı mesajları oxumaqla dəhşətli cinayətlərin üstünü açıb.
O, mesajları oxumaqla uşaqlara qarşı zorakılıq edənlərin həbsinə nail olub. Həmin şəxs mesajlaşdığı adama 6 və 7 yaşlı qızlara təcavüz etməsindən bəhs edib. Müəllim kimi fəaliyyət göstərən qadın isə dərhal öz mobil telefonu ilə mesajların şəklini çəkib.
Cinayətkarlar artıq nəzarətə götürülüb.
Gununsesi.info