Başqırdıstanda silahlı insident – Xəsarət alanlar var

  • By admin
  • 11 Mart 2018 18:17


Başqırdıstan Respublikasında silahlı insident baş verib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə DİN-nin regional şöbəsi məlumat yayıb.

Məlumata əsasən, hadisə Salavat şəhərində şənbə günü gecə qeydə alınıb. Şəhərdəki kafelərdən birində bir neçə nəfər arasında mübahisə düşüb. Travmatik silahdan açılan atəş nəticəsində kafenin 2 əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.

 

Gununsesi.info