Bataqlıqdan 2 min illik kərə yağı tapıldı - FOTO

  • By admin
  • 11 Sentyabr 2017 08:45

fft99_mf7193640

Soyuducunun icad edilməsindən uzun əsrlər əvvəl insanların qidaları qoruyub saxlamaq üçün müxtəlif üsullardan istifadə etdiyi məlumdur. Yəqin bu üsullardan biri də hər hansı bir məhsulu bataqlıqda saxlamaq olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl İrlandiyada mövcud olan bir bataqlıqda 10 kiloqram çəkisi olan kərə yağı tapılıb. Sözügedən tapıntının 2 min il əvvələ aid olduğu güman edilir və bu yağ hələ də istifadəyə yararlı vəziyyətdədir.

Kərə yağı artıq “Cavan Country” muzeyinə qoyulub.

Qeyd: (red.) Tarixi dövrlərə nəzər salsaq, deyə bilərik ki, 2 min il əvvəl vergilərin və kirayə haqlarının ödənilməsində istifadə olunan bu məhsul insanlar tərəfindən olduqca yüksək qiymətləndirilib. Hətta bəzi qəbilələr kərə yağından tanrılara and içdikləri zaman istifadə edirmişlər. Şübhəsiz, bunun nəticəsidir ki, sahibi yağı israf etməyərək qoruyub saxlayıb.

0x0-2

 

Nigar

Gununsesi.info