Batıgöz Klinikası və DOST mərkəzinin əməkdaşlığı ilə pulsuz göz müayinəsi aksiyası keçirilib -FOTO/VİDEO

Batıgöz Klinikası sosial layihələrini davam etdirir.

Gununsesi.info xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar 4 saylı Bakı DOST Mərkəzində vətəndaşların pulsuz göz müayinəsi aksiyası keçirilib.

HTML tutorial

Batıgöz Klinikasının mütəxəssisləri tərəfindən həyata keçirilən aksiyada vətəndaşlar üçün müayinələr aparılıb, həmçinin bu sahə üzrə maarifləndirici bukletlər paylanıb.

Gün ərzində davam edən aksiyada onlarla vətəndaş iştirak edib.

 

 

 

 

 

Gununsesi.info