Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması ilə bağlı anonim xəbərə görə iki saat təxirə salınıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Birinci Kanal” “TAV Georgia” hava limanını idarə edən şirkətə istinadən məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 17:40-da uçmalı olan reys yalnız saat 19:40-da uçub.
Yanvarın 20-də axşam saatlarında bomba barədə məlumat verilib və istehkamçılar hadisə yerinə gəlsələr də, partlayıcı qurğu tapmayıblar. Gürcüstan qanunvericiliyinə görə, yalan məlumat verən şəxsi inzibati cəza gözləyir.
Gununsesi.info