Batumidə oteldə yanğın: 4 ÖLÜ, 10 YARALI

  • By admin
  • 24 Noyabr 2017 23:34

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” otelində güclü yanğın başlayıb.

Gununsesi.info-nun məlumatına əsasən, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda oteldən insanlar təxliyə olunur.

***

Batumidə “Leogrand” hotelindəki yanğında 4 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Gununsesi.info-nun məlumatına əsasən, xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.

Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

Gununsesi.info