“Bavariya” futbolçusunu icarəyə verib

  • By ilhame
  • 09 Avqust 2024 13:24

Almaniyanın “Bavariya” klubu futbolçusu Brayan Saraqosanı icarəyə verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı vinger 2024/2025 mövsümündə İspaniyanın “Osasuna” komandasında çıxış edəcək.

 

Qeyd edək ki, ispaniyalı oyunçunun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, ötən mövsüm 58 oyunda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.info